AVTO

30 Aprel

Dövlət nömrə nişanları dəyişdirilərkən şəhadətnamənin alınmasıyla bağlı AÇIQLAMA


Bakı, 27 aprel 2020-ci il: İcbari Sığorta Bürosu (İSB) bildirir ki, Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, İcbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni  şəhadətnamənin alınmasına ehtiyac yoxdur.
Daxili İşlər Nazirliyi tərəfindən  hərəkətdə olan avtomobillərin xüsusi qurğular  vasitəsi ilə aşkarlanması zamanı avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat  İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur.
Qeyd edək ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.