AVTO

29 Aprel

Audi A6 Avant modeli qoşulan hibridə çevrilib

Audi şirkəti A6 sedanının hibrid modifikasiyası olan A6 55 TFSI e quattro modelini təqdim edib. Qoşulan hibrid elektrik ötürməsi ilə 53 kilometr qət edir. İstehsalçı hibrid sedanın 100 kilometrə 2,0 litr arasında yanacaq sərf etdiyini bəyan edir. Audi A6 55 TFSI e quattro modelinin güc qurğusunun tərkibinə 252 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litrlik TFSI mühərriki və yeddi pilləli S tronic qutusuna quraşdırılmış 143 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən elektrik mühərriki daxildir. Güc qurğusunun ümumi hasilatı 367 at qüvvəsi və 550 Nm-dir. A6 55 TFSI e quattro 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir. Elektrik ötrüməsi ilə krossover 135 km/saata qədər sürətlənə bilər.

104 prizmatik özəkdən ibarət olan litium-ion batareyası baqaj bölümünün döşəməsinin altında yerləşir və 14,1 kilovat-saatlıq tutuma malikdir. Batareyanın temperaturunun optimal saxlanılması məqsədi ilə onun soyutma konturu klimat-kontrolun soyuducusuna, həmçinin elektrik mühərriki və güc elektronikasının aşağı temperaturlu konturuna birləşdirilib. Yüksək voltajlı komponentlərin ayırdığı izafi istilik salonun qızdırılmasına yönəldilir.