Britaniyanın "Car Magazine" jurnalı gələcək BMW X8 M modeli haqqında bəzi məlumatları əldə edib.
Belə ki, nəşr, flaqman krossoverinin alman markasının tarixindəki ən güclü M-modeli olacağını, hibrid güc qurğusu və M5 sedanının tam ötürmə sisteminə sahib olacağına iddia edir. Aprelin ortalarında Alman Patent İdarəsinin məlumat bazasında X8 M əmtəə nişanının qeydiyyata alınması üçün verilmiş ərizə aşkar olunub.
Sənədlər bu il 23 martın tarixində BMW şirkətinin adından təqdim edilib. İnsayderlərin fikrincə yeni model X6 krossoveri kimi kupe krossover deyil, X7 krossoverinin dörd yerlik salona və bir qədər başqa dizayna malik olan versiyası olacaqdır.
İndi isə, "Car Magazine" sayəsində, yeni modelin ehtimal olunan texniki hissəsi ilə bağlı məlumatlar da ortaya çıxıb. Nəşr iddia edir ki, X8 M modeli zavoddaxili Project Rockstar kod adlı qoşulan hibriddir. Yeni modelin X6 M və M5 modelinin qarışığı olduğu bildirilir. Krossoverin 4,4-litrlik V8 biturbo mühərriki və 200 at qüvvəli eDrive texnologiyası ilə təchiz edilmiş güc qurğusu ilə hərəkətə gələcəyi bildirilir. Qurğunun ümumi hasilatı 750 at qüvvəsi və 1000 Nm fırlanma anı təşkil edəcəkdir. "Bərkgedən" hibridin təqdimatı 2021-ci ilin sonunda, ya da 2022-ci ilin əvvəlində baş tutmalıdır.