AVTO

14 Aprel

1986-cı ilin BMW-si satılır

İngiltərədə maraqlı "zaman kapsulu" satışa çıxarılıb. Bu, 34 il ərzində 509 kilometr məsafə qət etmiş və sabit temperaturu olan xüsusi qarajda saxlanılmış BMW 325iX (E30) sedanıdır. Sedan, 1986-cı ildə danimarkalı kolleksiyaçı tərəfindən salondan alınıb: avtomobil tam zavod vəziyyətindədir və heç qeydiyyata alınmamışdır. BMW 325iX sedanı Bavariya markasının müharibədən sonra buraxdığı ilk tamötürməli modelidir. Sedanların istehsalı 1985-ci ildə başlanıb, satışa çıxarılan avtomobil isə 1986-cı ilin martında konveyerdən çıxıb. 325iX modelinin kapotunun altında 170 at qüvvəli 2,5-litrlik altısilindrli M20B25 mühərriki quraşdırılıb. Güc aqreqatı 5-pilləli mexaniki transmissiya ilə tandemdə çalışır.

BMW 325iX modelinin danimarkalı sahibi demək olar ki, avtomobildən istifadə etməyib: sedanın bəzi qapıları otuz ildən çoxdur ki açılmayıb, odur ki, qapı boşluqlarda zavod qoruyucu mumunun izlərini tapmaq mümkündür. Avtomobilin satışdan öncəki hazırlıq işlərinin aparılmasına belə ehtiyac yoxdur: BMW E30 sedanının yağı dəyişdirilib, yeni akkumulyator quraşdırılıb və diaqnostikadan keçiriblər. Hətta, zavodda qoyulmuş Michelin şinləri də əla vəziyyətdədirlər, lakin avtomobilin yeni sahibi ondan istifadə etmək istərsə, təhlükəsizlik baxımından şinlər dəyişdirilməlidir.

Sedanın oturacaqları və qapı kartları mavi parça ilə örtülüb, kuzovu isə gümüşü metal rənginə boyanıbdır. BMW 325iX modelində o zaman opsional avadanlıq olan ön danadlardakı dönmə işıqları quraşdırılmışdır. O illərin ənənəsinə görə, avtomobil yalnız sol arxa görüntü güzgüsü ilə təmin edilib. Yeni BMW 325iX E30 modelinin satışıcısı onun üçün 48 min funt sterlinq istəyir - İngiltərədə bu qiymətə yaxşı təchizata malik olan yeni BMW 5-Series almaq olar. Avtomobilin ixrac edilməsi halında onun qiymət bir qədər aşağı olacaqdır: Kanada və ABŞ-dan olan alıcılar E30 sedanını 40 min lfunta ala bilərlər.