AVTO

13 Aprel

“Lexus” yenilənmiş modelini təqdim etdi

“Lexus” şirkəti 2021-ci ilin yenilənmiş “LC” kupe modelini təqdim edib. Avtosfer.az xəbər verir ki, avtomobil əvvəlki modeldən daha yüngül olub, həmçinin təkmilləşdirilmiş asma və transmissiya ilə təchiz edilib. Kupenin çəkisi, aşağı asma rıçaqların alüminiumdan hazırlanması, içiboş stabilizatorların diametrinin böyüdülməsi və yeni yayların sayəsində 10 kiloqram yüngülləşib. Üstəgəl avtomobilə 21 düyümlük yüngül disk təkərlər də əlavə edilib.

Güc aqreqatı isə əvvəlki kimi qalıb.

“LC” 5 litrlik V8 mühərriki, 478 litr gücləndirici, 10 pilləli avtomatik ötürücü qutu və 540 N.m fırlanma anı ilə təmin olunub.

Bundan əlavə, kupe, 3,5 litrlik V6 bazalı hibrid elektrik stansiyası ilə təklif ediləcək.