AVTO

11 Aprel

Mercedes yenə də Audi-yə sataşıb - VİDEO

Audi şirkəti #FourRingsChallenge fləşmobu çərçivəsində öz pərəstişkarlarını "yaradıcı şəkildə birləşməyə" çağırıb.

Fins.az xəbər verir ki, çağırışda iştirak etmək üçün əlinizdə olan hər hansı bir vasitədən istifadə edərək şirkətin loqotipini yaratmaq və əsərinizi müvafiq həştaq ilə sosial şəbəkələrdə yaymaq kifayətdir. Şirkətin 28 mart tarixində başlatdığı fləşmoba çoxlu sayda qatılanlar olub. Buna görə də, alman istehsalçısı sosial şəbəkələrdə yayılan ən maraqlı işləri bir video çarxda toplamaq qərarına gəlib. Bu barədə Autograph yazıb

Lakin, çağırışa qoşulan Audi fanatları tək deyillər. Bu çağırışa Mersedes-Benz şirkətinin yaradıcıları da bu çağırışa qoşularaq diqqəti üzərilərinə çəkiblər - əlbəttə ki, onlar öz üstünlüklərini vurğulamaq fürsətini əldən verməyiblər. Mercedes-Benz şirkətinin hazırladığı videoda rəqib markanın loqotipi asfalta "bərkgedən" Mercedes-AMG C 63 modeli öz şinləri ilə çəkir.

"Audi, biz sizin çağırışınızı qəbul etdik və yaradıcı töhfəmizlə bu çağırışda iştirak edirik. Ümid edirik ki, nəticədən zövq alacaqsınız. Bir də, öz xəttinizin necə olduğunu göstərin", - Mercedes-Benz şirkətinin videosu belə bir qeydlə müşayiət olunub. Audi şirkətinin Stuttgart təmsilçisinin yaradıcılığına necə reaksiya verəcəyi bilinmir, lakin rəqib markaların belə dostcasına zarafatları hər iki markanın pərəstişkarlarının əhval-ruhiyyəsini yüksəltməyə xidmət edir.