AVTO

11 Aprel

Gürcüstanda yanacaq ucuzlaşıb

Gürcüstanda yanacağın qiyməti 0.35 lari (20 qəpik) ucuzlaşıb.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin sədri Vano Mtvralaşvili məlumat verib. Bildirib ki, ucuzlaşmanın yaxın günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

"Bu, beynəlxalq bazardakı qiymətlər və son vaxtlar larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqədardır. Onu da qeyd edim ki, Covid 19-a görə ölkədə yanacaq istehlakı və satış orta hesabla 40% azalıb",-deyə Vano Mtvralaşvili bildirib.