AVTO

18 Mart

BMW istehsalı 4 həftəlik dayandırır

Almaniyanın aparıcı avtomobil istehsalçısı BMW koronavirusun yayılması ilə əlaqədar Avropadakı zavodlarının işini 4 həftəlik dayandıracaq.

Fins.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Şirkətin rəhbəri Oliver Zipse bildirib ki, Avropadakı müəssisələrlə yanaşı, Cənubi Afrikadakı “Rosslyn” zavodunun da işinə aprelin 19-dək fasilə verilməsi planlaşdırılır. 

Xatırladaq ki, bundan əvvəl Almaniyanın “Volkswagen”, “Audi” və “Daimler” kimi avtomobil istehsalçıları da Avropadakı zavodlarında işi dayandırmışdı.