Tesla 1 milyonuncu avtomobil sevincini yaşayır.
Fins.az xəbər verir ki, şirkətin qurucusu İlon Mask Twitter-də Model Y-nin şəklini paylaşaraq Tesla komandasını bu zəfər münasibətilə təbrik edib.
2003-cü ildə qurulan Tesla ilk avtomobilini 2008-ci ildə bazara çıxarıb. Yəni təxminən 12 il sonra 1 milyonuncu avtomobil hədəfinə çatıb.
Şirkət rəsmiləri yaxın vaxtlarda 2 milyonuncu avtomobili də bazara çıxara biləcəklərinin siqnallarını verirlər. Tesla-nın yanvar hesabatlarında isə 2020-ci ildə 500.000 avtomobilin satılması planlaşdırılır.
Bu ay sonuncu məhsulu olan Model Y-ni bazara çıxarmağa hazırlaşan şirkət təqvimi qabaqlayıb. Hamı tərəfindən maraqla qarşılanan Cybertruck-ın istehsalına isə gələn ilin sonlarında başlanılacaq.
© TED