AVTO

12 Mart

Yeni Hyundai Elantra 17 martda debüt edəcək

Hyundai şirkəti mart ayının 17-si tarixində Hollivudda yeni nəsil Elantra modelini nümayiş etdirəcəyini bildirib. Eyni zamanda, Cənubi Koreya istehsalçısı yeni modelə həsr edilmiş vidoetizeri də dərc edib.

Tizerlərdən göründüyü kimi, Hyundai Elantra modelinin yeni nəsli sedandan daha çox axıcı cizgilərə malik olan liftbekə bənzəyir. Avtomobilin maraqlı elementlərindən biri son firma üslubunda dizayn edilmiş radiator barmaqlığıdır. Dərc edilmiş videotizerdə də bu element xüsusi olaraq vurğulanır. Bundan başqa, son tendensiyala uyğun olaraq, arx fənərlər işıqlanan zolaqla birləşdirilib.

Yeni Elantra modelinin interyerinin minimalizm üslubunda dizayna malik olduğu diqqəti çəkir. Mərkəzi konsolda yerləşdirilmiş multimedia sisteminin iri sensorlu displeyi virtual cihazlar paneli ilə birləşdirilib. Avtomobilin salonunda fiziki düymələrin sayının da minimuma endirildiyini görmək olar.

Yeni Hyundai Elantra modeli texniki içalatı haqqında məlumat verilməyib. Yeni model haqqında ətraflı məlumat almaq üçün 17 mart tarixini gözləməli olacağıq. Yeni modelin satışlarına bu ilin sentyabrında başlanmalıdır.

© autograph