AVTO

11 Mart

Aiways şirkəti Cenevrəyə yeni kupe-krossover gətirəcək - FOTO

Çin startapı olan Aiways şirkəti Cenevrədə keçiriləcək avtosalonda ikinci elektrik krossoverini təqdim etməyə hazırlaşır. Kupeşəklli Aiways U6ion modeli gənc auditoriyanı cəlb edəcək və "ahəngdar və həyəcanverici dizaynı" nümayiş etdirəcəkdir.

Fins.az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş eskizlər Aiways U6ion modelinin "ağıllı və sadələşdirilmiş texnologiyanı təcəssüm etdirən" görünüşünü açıqlayır. Hava girişlərinə keçən L-şəkilli fənərlərə malik olan Aiways dizayn üslubu, Pininfarina atelyesinin keçmiş şef-dizayneri  olan Ken Okuyamanın iştirakı ilə hazırlanıbdır. Okuyamanın digər tanınmış əsərləri sırasında Ferrari Enzo superkarı və Lamborghini Aventador modelinin bazasında inşa edilmiş Kode 0 superkarı da var.

Aiways U6ion modelinin elektrik güc qurğusu haqqında məlumat verilməyib. Çox güman ki, kupe-krossover texniki olaraq U5 modelini təkrarlaya bilər. Sonuncu,190 at qüvvəsi və 315 Nm fırlanma anı hasil edən elektromotor və 65 kilovat-saatlıq batareya ilə təchiz olunur. Aiways U5 dolu batareya ilə 503 kilometrə (NEDC) qədər məsafə qət edir.