AVTO

05 Mart

Beynəlxalq daşımalarda çalışan sürücülərin ƏDV öhdəliyi

Mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər (ekspeditorlar) tərəfindən vasitəçilik xidmətlərinin göstərilməsi üzrə müqavilə bağlanmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Fins.az-a  bildirilib ki, bağlanmış müqavilələrə görə, ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənməlidir. Həmçinin vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200 min manatdan artıq olduğu halda, ekspeditor xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.

Mülki qanunvericiliyə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergi tutulan əməliyyatlarına aid edilir.