Kia şirkəti krossoverlər xəttini yeni yığcam krossover ilə genişləndirməyi planlaşdırır. Cənubi Koreya istehsalçısı 2020-ci ildə debütü gözlənilən yeni krossoverin adını qeydə almaq üçün ərizə də verib.
Fins.az autograph.az-a istinadən bildirir ki, Hindistanın Indian Autoblog nəşri Kia şirkətinin Sonet əmtəə nişanını qeydə almaq üçün ərizə verdiyini aşkar edib. İlkin məlumata görə, Kia Sonet krossoverinin konseptual versiyasının kütləvi təqdimatı gələn ilin fevral ayında Dehlidə işinə başlayacaq Auto Expo sərgisində baş tutacaqdır. Bununla belə, seriya modelinin zahiri görkəminin tamamilə konsepti təkrar edəcəyi gözlənilir.
Hyundai Venue modeli ilə eyni platformanı bölüşən Kia Sonet modelinin istehsalı Hindistanda təşkil ediləcəkdir. Lakin, avtomobilin satışları təkcə yerli bazarda deyil, həmçinin Yaxın Şərq və Asiya-Sakitokean regionunun ölkələrində də həyata keçiriləcəkdir.