Bentley şirkəti Mulsanne modelinin istehsalını başa çatdığı və Mulsanne 6.75 Edition by Mulliner adlı final seriyasının buraxılacağı barədə bəyanatla çıxış edib.
Fins.az xəbər verir ki 30 nüsxədə buraxılacaq məhdud saylı seriyadan sonra, markanın bayraqdarı rolunu Flying Spur sedanı öz üzərinə götürəcəkdir. Mulsanne modelinin istehsalı bu ilin yazında başa çatmalıdır. Lakin, Kryuda istehsalatda məşğul olan əməkdaşlar işsiz qalmayacaqdırlar - onlar şirkətin başqa bölmələrinə keçiriləcəkdirlər. Sedanın tarixinin final akkordu modelin buraxılışının sona çatdırılmasına və keçən il 60 illiyini qeyd edən 6¾-litrlik, V8 mühərrikinə həsr edilmiş 30 nüsxəlik məhdud saylı tirajla buraxılacaq Mulsanne 6.75 Edition by Mulliner sedanları olacaqdırlar.
Bentley şirkətinin bayraqdarı rolunu Flying Spur modeli üstlənəcəkdir - 2023-cü ildə sedan hibrid güc qurğusu ilə buraxılmağa başlayacaqdır. «Mulsanne modeli son vaxtlara qədər, Bentley markasına lüks sedanlar seqmentində dünya lideri mövqeyini qorumağa əsaslı kömək edirdi, - şirkətin müraciətində deyilir. - Model cərgəmizin flaqmanının uzunömürlülüyü dünyanın ən yaxşı avtomobillərini yaratmaq əzmimizin sübutudur. Mulsanne 6.75 Edition nəşrinin buraxılışı isə bu nailiyyətin kulminasiya nöqtəsi olacaqdır». Məhdud seriyadan olan sedanlar 537 at qüvvəsi və 1100 Nm fırlanma anına malik olan Bentley Mulsanne Speed modifikasiyasının əsasında yaradılıblar.
Mulsanne 6.75 Edition modelini fənərlərin xrom haşiyəsi ilə ahəng təşkil edən qara kuzov elementləri və Flying B emblemi sayəsində tanımaq olar. Avtomobilin ön paneldəki yağ doldurucu qapağıı şəklində hazırlanmış tənzimləyicilər, oturacaqlardakı xüsusi tikişlər, həmçinin saatın siferblatı və cihazlar panelində həkk edilmiş mühərrikin sxematik təsvirləri sedanın xüsusi seriyaya aid olduğunu xatırladacaqdır. Daxili bəzək üçün dörd variantda dəri təklif olunur - Imperial Blue, Beluga, Fireglow və Newmarket Tan. Ön panel parlaq qara rəngli ağac və tünd alüminiumdan hazırlanmış dekor elementləri ilə bəzədilibdir. Mühərrik bölməsində, gümüş əvəzinə qara rəngli buraxılış kollektorunu, həmçinin Bentley şirkətinin prezidenti və icraçı direktoru Ədrian Holmark tərəfindən imzalanmış mühərrik nömrəsi olan lövhəciyi görmək olar. Bentley mütəxəssisləri hər bir 6.75-litrlik V8 mühərrikinin yığılmasına 15 saata qədər vaxt sərf edirlər. Xatırladaq ki, bu güc aqreqatı yalnız Mulsanne modelində quraşdırılır - qalan modellər Volkswagen qrupunun daha yığcam V8 mühərrikinə və ya W12 aqreqatına keçiblər.