Cənubi Koreya şirkəti Genesis rəsmi olaraq ictimaiyyətə yeni premial Genesis GV80 krossoverini təqdim edib.
Fins.az xəbər verir ki, avtomobil innovasiyalı parametrlər, eləcə də unikal dizayn nümayiş etdirir. İlk satışların bu ay başlayacağı bildirilir. Ekspertlər avtomobilin 2017-ci ildə göstərilən konseptual modeldən demək olar ki, heç nə ilə fərqlənmədiyini vurğulayıblar.
Daxili bazar üçün GV80 krossoverinin kapotunun altında 274 at gücündə olan 3 litrlik benzin mühərriki quraşdırılıb. Lakin digər ölkələr üçün 375 at gücündə olan 2,5 və 3,5 litrlik, daha qabaqcıl modifikasiyalar təklif ediləcək. Bütün versiyalarda avtomatik transmissiya nəzərdə tutulub.
© TED