AVTO

16 Yanvar

Ötən ilin ən çox satılan SUV-ları – TOP-10-luq

Ötən il Rusiya bazarlarında SUV seqmentində ən çox satılan avtomobil “Hyundai Creta” olub. Avtosfer.az xəbər verir ki, bu barədə “Avtostat” agentliyinin analitik ekspertləri müəyyənləşdiriblər.

Ekspertlər müəyyən ediblər ki, rusiyalılar ötən il bu modeldən 71.487 ədəd alıblar, bu da 2018-ci ilin analoji göstəricisindən 6 faiz çoxdur.

Top-10-luğun ilk üçlüyünü “Renault Duster” (39.031 ədəd) və “Volkswagen Tiguan” (37.242) tamamlayıb.

Bundan əlavə, reytinqə “KIA Sportage”, “LADA 4x4”, “Toyota RAV4”, “Renault Kaptur”, “Nissan Qashqai”, “Skoda Kodiaq”, həmçinin “Mitsubishi Outlander” düşüblər.