AVTO

14 Yanvar

Toyota Land Cruiser 300-ün yeni yolsuzluq avtomobilindən xəbər var

Yaponiyanın Toyota şirkəti Toyota Land Cruiser-in yeni yolsuzluq avtomobilinin qarşıdan gələn təqdimatına hazırlaşır.

Fins.az ted.az-a istinadən bildirir ki, brendin rəhbərlərindən biri elan edib ki, yeni Land Cruiser yolsuzluq avtomobili ekoloji güc aqreqatları ilə pərəstişkarlarını sevindirəcək. Alıcılara 450 at gücünə malik 3,5 litrlik turbinli mühərriki olan avtomobil təklif olunacaq. Bundan əlavə, 420 at gücündə olan 3,4 litrlik mühərrikli modifikasiya da satışa çıxarılacaq.

Land Cruiser 300 yolsuzluq avtomobilinin üstünlükləri arasında yarı-avtomatik idarəetmə sistemi nəzərdə tutulur. Bundan başqa, salonda sensor idarəetməyə malik multimedia kompleksinin genişləndirilmiş ekranı quraşdırılıb. Ehtimal olunur ki, satışların başlanğıcı artıq 2022-ci ildə baş tutacaq.