2019-cu ilin yanvar-dekabr ayları ərzində (12 ayda) Azərbaycana xaricdən 47 min 710 ədəd cəmi nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.
Fins.az xəbər verir ki, bu, 2018-ci ilin yanvar-dekabr dövrü ilə müqayisədə 18 min 834 ədəd və ya 65,2% çoxdur. Belə ki, ötən ilin yanvar-dekabr dövründə ölkəmizə 28 min 876 ədəd ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda 3 min 721 ədəd, Sentyabrında 4 min 213 ədəd, Oktyabrında 4 min 549 ədəd, Noyabrdında 4 min 531 ədəd, Dekabrında isə 7 min 722 nəqliyyat vasitəsi idxal edilib. Dekabr, 2019-cu ildə ən çox nəqliyyat vasitəsinin idxal edildiyi aydır.
O cümlədən, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana 43 min 56 ədəd minik avtomobilləri, 547 ədəd avtobus, 3 min 780 ədəd yük avtomobili və 227 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-dekabr dövründə ölkəmizə 26 min 147 minik avtomobili, 197 ədəd avtobus, 2 min 300 ədəd yük avtomobili və 132 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.