“Consumer Electronic Show” (CES-2020) texnoloji sərgidə Yaponiyanın “Sony” şirkəti ilk dəfə olaraq maşın təqdim edib.
Fins.az xəbər verir ki, “Vision-S” elektromobili tədbir iştirakçılarını təəccübləndirib. Maşın “Sony” şirkətinin texnoloji yeniliklərini nümayiş etdirmək üçün nəzərdə tutulub. Burada 33 müxtəlif sensor, bir neçə monitor və həcmli səsə malik musiqi sistemi quraşdırılıb, həmçinin internetə fasiləsiz qoşulma təmin edilib. “Biz avtosənayenin gələcəyinə öz töhfəmizi vermək üçün səylərimizi artıracağıq”, - deyə “Sony”nin icraçı direktoru Kenitiro Yoşida bildirib. Maşının xüsusiyətlərindən – sürücü və sərnişinlərin şəxsiyyətini təsdiqləmə funksiyasını da qeyd etmək olar.