BMW xüsusi modellərindən biri olan 3 Series Gran Turismo hetçbekinin istehsalını dayandırıb
Autocar nəşrinin məlumatına görə, 2020-ci ildə BMW 3 Series sedan və universalının arasında qərarlaşmış 3 Series GT hetçbekinin istehsalına son verilib.
Ötən ilin may ayında BMW şirkətinin o zamankı rəhbəri Harald Krüger birinci rüb üçün maliyyə nəticələrini elan edərkən, Gran Turismo hetçbekinin 3 Series ailəsinin yeni nəsilində varisinin olmayacağını qeyd etmişdi.
Məlumata görə, sözügedən modelin istehsalına son verilməsi , satışları zəif olması ilə bağlıdır.