AVTO

07 Yanvar

Yeni ilin ilk günlərinə olan ən ucuz avtomobillərin SİYAHISI

Rusiyada 2020-ci ilin ilk günlərində ən ucuz avtomobillərin adı açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Российская газета" nəşri araşdırma apararaq ən sərfəli avtomobil markalarının siyahısını tərtib edib.

Siyahıda ilk yeri “Lada”nın “Granta” markası tutub. Maşının qiyməti alıcıya 455 min rubla (12467 Azn) başa gəlir.

İkinci, üçüncü yerlərdə “Lada Granta” liftbeki və hetçbeki qərarlaşıb. Hər iki variantın dəyəri 472 900 min rubldur (13005 Azn). 

İlk beşliyi “Lada Granta” universal 482 900 rubla (13232 Azn), “Datsun on-DO” sedanı 490 000 rublla (13426 Azn) tamamlayıb.

Həmçinin ən büdcəli avtomobillərin siyahısına “Lada 4x4”, “Datsun mi-DO” hetçbek, “Lada Granta Cross” universal, “Renault Logan” sedan və “Renault Sandero” hetçbek markaları daxil edilib.