Honda” avtomobil konserni üçüncü səviyyəli avtomatlaşdırma ilə pilotsuz avtomobillərin satışına başlayacaq ilk yapon istehsalçısı olacaq.
Bu barədə “Kyodo” agentliyi bildirib.
Agentliyin şirkətdəki mənbəyinin məlumatına görə, üçüncü səviyyəli adlandırılan pilotsuz texnologiyalı avtomobillərin satışına artıq bu il start veriləcək. Üçüncü səviyyə avtomobilin daxilindəki sürücüyə yoldan yayınmaq, oxumaq vəteleviziyaya baxmaq kimi işlərlə məşğul olmağa imkanı yaradacaq.
Yeni “Honda” avtomobili eyni zamanda avtopilot rejimində yalnız aşağı sürətlə və ya tıxaclar zamanı yollarda hərəkətdə ola biləcək. “Kyodo” qeyd edir ki, artıq “Audi” şirkəti Yaponiyada üçüncü səviyyəli pilotsuz texnologiyalarla avtomobillər satır.
“Honda”nın sınaqlarının ilin ortalarında başa çatacağı gözlənilir. Şirkət yeni məhsulunu bu ilin iyulunda təqdim edəcək.
© Report