Ford şirkətinin ilk elektrik krossoveri olan Mustang Mach-E modelini təqdim edilməsindən dərhal sonra, amerikan istehsalçısının bu ailəni yeni yığcam elektrik krossoveri ilə genişlənəcəyi barədə şayiələr dolaşmağa başlamışdı. Bu günlərdə bu şayiə təsdiqini tapıb - şirkət daxilindəki yüksək vəzifəli mənbə Auto Express nəşrinə March-E modelinin “kiçik qardaşının” buraxılacağını bildirib. Ən maraqlısı odur ki, yığcam elektrik krossoverinin inşası üçün Volkswagen şirkətinin elektrokarlar üçün hazırladığı MEB modul platformasından istifadə ediləcəyi söylənilir. Bildiyimiz kimi, Ford şirkəti alman konserni ilə bu ilin əvvəlində əməkdaşlıq barədə razılığa gəliblər. Bu alyans çərçivəsində amerikan istehsalçısı alman şirkətinin texnologiyalarından istifadə etmək imkanını əldə edib.
Hazırda hər iki şirkətin mühəndisləri MEB modul platformasının Ford şirkətinin tələblərinə adaptasiya etmək üçün danışıqlar aparırlar. Mühəndislər qarşısında duran əsas problem platformanın ön hissəsinin dəyişdirilməsidir. İş ondadır ki, tamamlanmış reallıq texnologiyasına malik olan sürücü interfeysinin xüsusiyyətləri sayəsində, MEB platformasında inşa edilmiş Volkswagen ID.3 elektrik hetçbekinin sükanı və alın şüşəsi arasında kifayət qədər geniş məkan vardır. Bu səbəbdən də, hetçbek qısa kapota malikdir. Ford şirkətinə isə, Mustang Mach-E modelinin daha kiçik bir versiyasını hazırlamaq və eyni zamanda Mach-E modelinə məxsus olan dizayn üslubunu qoruyub-saxlamaq üçün başqa quruluş tələb olunur.
Ford şirkətinin Avropa bölməsinin baş dizayneri Murat Gülər əvvəllər kiçik “elektromustanqın” fərqli bir profilə sahib olacağını, lakin istənilən halda onun krossover olacağını bildirmişdi.