Azərbaycanda Çin avtomobillərinin satışını həyata keçirən “Sirena Motors” avtomobil satışını dayandırıb.
Bu ilin yayından etibarən salona maşın gətirilməyib. Həmçinin həmin dövürdən satışlar da dayandırılıb. Verilən məlumata görə, avtomobillər Yeni İldən sonra gətiriləcək.
Bununla yanaşı, bildirək ki, bir neçə ay əvvəl şirkətdən avtomobillərin sentyabr ayında gətiriləcəyi bildirilmişdi.
Qeyd edək ki, “Sirena Motors” ölkəmizdə Çinin «Changan», «Baic», «Gac», «Jac» və «Chana» avtomobillərinin rəsmi satış təmsilçisidir.
© FED.az