AVTO

26 Dekabr

Azərbaycanda buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80% təşkil edir

“Son illər avtomobillərin sayı kəskin artıb”.

Fins.az  xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə istismar müddəti bitən avtomobillər istifadə olunmur: “Azərbaycanda isə buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80% təşkil edir. Ölkədə buraxılış ili 30, 40 ildən çox olan maşınlar da var. Bu proqramın icrasının əsas məqsədi ekoloji və yol təhlükəsizliyinin təmin olunmasıdır”.