AVTO

19 Dekabr

Azərbaycanda minik avtomobillərinin istehsalı 2,6 dəfə artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 mln manatlıq məhsul istehsal edilib.

Fins.az-ın verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3% azalıb.

Dövr ərzində 901 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 323 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 11 ayı ərzində ölkədə 2 072 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 422 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda ştanqlı quyu nasoslarının istehsalı 56,2%, fəvvarə armaturunun istehsalı 36,1%, mancanaq dəzgahlarının istehsalı 24,1% artıb.

© Report