AVTO

18 Dekabr

Mercedes-Benz EQC elektrokarının satışları bir il təxirə salınıb

Mercedes-Benz şirkəti Mercedes-Benz EQC elektrik krossoverinin satış startının təxirə salındığını elan edib.

Fins.az xəbər verir ki, unikal modeli əldə etmək yalnız gələn il mümkün olacaq. Markanın nümayəndələri bildiriblər ki, bu model hazırda çox yüksək sayda rəqibə malikdir, buna görə istənilən satışa nail olmaq mümkün olmayacaq. Ən ciddi rəqib, özünün elektrik modelləri ilə tanınan Tesla markasıdır.

Alman elektrokarına gəldikdə isə, o, elektrik aqreqatları olan 10 planlaşdırılmış maşından birincisi olacaq. Mercedes-Benz EQC krossoverinin yaradılması zamanı yeni MEA platformasından istifadə edilib.