AVTO

18 Dekabr

Mini Clubman universal yolsuzluq avtomobili ola bilər

Populyar universal Mini Clubman gələcəkdə bazara yolsuzluq avtomobili kimi daxil ola bilər.

Fins.az xəbər verir ki, bu qərar avtomobilin indiki nəslinə bazarda tələbatın azalması ilə bağlıdır. Hələlik istehsalın dayandırılması barədə heç bir söhbət yoxdur. Amerika bazarında satışların sayı azalsa da, krossoverlər və yolsuzluq avtomobillərinə  tələbat daha da artır. Bu fonda universallar və hetçbeklər öz aktuallığını itirir və onların satışı tədricən azalır.

Mini Clubman yolsuzluq avtomobilinin peyda olmasına bu layihənin həyata keçirilməsi üçün kifayət qədər vəsaitin çatışmazlığı mane olduğu bildirilir.

© TED