Avropanın təbii qazla bağlı”Rusiya narahatlığı”

Həftə sonu və bazar ertəsi Rusiyadan qaz tədarükünün azalması səbəbindən Avropada qazın qiyməti çərşənbə günü 9% artıb.
Fins.az xəbər verir ki, ötən həftə Avropada ucuzlaşan təbii qazın qiymətləri həftə sonu Rusiyadan təbii qaz nəqlinin azalması ilə yenidən yüksəlməyə başlayıb.

Avropanın ən böyük təbii qaz tədarükçüsü olan Rusiya gələn həftədən daha çox təbii qaz nəql edəcəyinə söz versə də, həftə sonu və bazar ertəsi Avropaya nəql edilən təbii qazın miqdarı azalıb.

Polşanın Yamal mərkəzi ilə təbii qaz nəqli tamamilə dayandığı halda, Ukrayna və Türk axını ilə təbii qazın nəqli azalıb.

“Qazprom” Avropaya təbii qazı müştərilərin istəkləri əsasında tədarük etdiyini bildirib. Sənaye sektorunda bir çox istifadəçi təbii qazın qiymətini artırdıqdan sonra istehlakını azaltsa da, Rusiyadan gələn qazın azalması qış yaxınlaşdıqca bazarlarda narahatlığı artırır.

Rusiya keçən həftə öz qaz ehtiyatlarını artırdıqdan sonra Avropaya daha çox qaz tədarükü ilə bağlı öhdəlik götürdü. Prezident Vladimir Putin Qazprom-a Almaniya və Avstriyadakı zavodlarında ehtiyatları artırmağı tapşırmışdı.

Hollandiyada TZT təbii qaz fyuçersləri Rusiyadan tədarükün azaldılması ilə bağlı məlumatlardan sonra təxminən 9 faiz artaraq meqavat/saat üçün 73,7 dollara çatıb.

SHARE THIS STORY

FacebookTelegramTwitter