Avropa İttifaqı Google-u 2,4 milyard avro cərimələyib

Avropa İttifaqı Google-u monopoliyaya görə 2,4 milyard avro cərimələyib.
Fins.az xəbər verir ki,Avropa İttifaqı məhkəməsi texnologiya nəhəngi Google-u monopoliya işi üzrə 2,4 milyard avro (2,8 milyard dollar) cərimələyib.

Məhkəmə bəyan edib ki, Google öz alış-veriş xidmətlərini önə çəkməklə dominant mövqeyindən sui-istifadə edib.

2017-ci ildə Avropa Komissiyası ABŞ-ın internet axtarış sistemi Google-un öz alış-veriş xidmətlərini önə çıxararaq rəqabəti pozduğunu müəyyən etdi və Google həmin vaxt alış-veriş axtarış nəticələrini dəyişməli oldu.

Google məhkəmənin qərarından apellyasiya şikayəti verə bilər.

SHARE THIS STORY

FacebookTelegramTwitter