Avronun manata qarşı məzənnəsi 15 aylıq minimuma enib

Noyabrın 1-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,9632 manat təşkil edib. Bu, ötən ilin 22 iyul tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.

Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyulun 22-də qeydə alınıb – 1,9615 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləyib. Həmin tarixdən avro manata nisbətdə 6,3% ucuzlaşıb.

Ötən həftənin cümə günü avronun dollara qarşı da ucuzlaşması qeydə alınıb, nəticədə avro dollara qarşı 1%-dən çox ucuzlaşıb (1 dollar = 1,1609 avro) və bu, 2020-ci ilin mart ayından bəri qeydə alınan ən kəskin günlük azalma olub.

Ötən həftə qlobal valyuta bazarları volatilliklə seçilib və cari həftənin də istisna olmayacağı gözlənilir. Belə ki, bu həftə FED-in, İngiltərə Bankının (“Bank of England”) və Avstraliya Ehtiyat Bankının monetar siyasət üzrə gözlənilən görüşləri bazara daha çox volatillik gətirə bilər.

Hazırda (Bakı vaxtı ilə 10:50-də) avronun dollara qarşı məzənəsi 1,1557 dollara bərabərdir. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0239 manata, 1 türk lirəsinin məzənnəsi isə 0,1771 manata bərabərdir.

© APA

SHARE THIS STORY

FacebookTelegramTwitter