AQRO

20 Dekabr

Cəlilabadda payızlıq kartofun məhsuldarlığı yüksək olub

Cari il Cəlilabad rayonunda payızlıq kartofun məhsuldarlığı ötən illə müqayisədə yüksək olub.

Fins.az xəbər verir ki, bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bu il rayonda 1 000 hektar sahədə təkrar əkin kimi payızlıq kartof əkilib və sahələrdən 7 000 tondan çox məhsul götürülüb. Orta məhsuldarlıq hər hektar üçün 17-20 ton təşkil edib ki, bu da ötən ilin 15-16 ton göstəricisi ilə müqayisədə artımdır.

Toplanmış məhsulun əksəriyyəti paytaxt bazarlarına göndərilir.

Bununla yanaşı, qeyd olunub ki, cari il ərzində Cəlilabad rayonunda 2 900 hektar sahədə yazlıq kartof əkilib və bu əkinlərdən 81 740 ton məhsul əldə olunub.