İmişli rayonunda bu il arıçılıq təsərrüfatlarında məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb və ötən illə müqayisədə təxminən iki dəfə çox olub.
Fins.az xəbər verir ki, bu barədə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Ötən il bir arı ailəsindən orta hesabla 11-12 kq bal əldə edilirdisə, bu il bu rəqəm 22-25 kq-a qədər yüksəlib. Bu artım əsasən xəstəliklərin az olması və əlverişli hava şəraiti ilə əlaqələndirilir.
Arıçılıq təsərrüfatları əsasən Qaragüvəndikli, Ağaməmmədli, Məmmədli və digər kəndlərdə cəmlənib. Rayonda arıçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayı ötən il 125, bu il isə 131 nəfər olub. Bundan əlavə, ötən il rayonda 3 047 arı ailəsi, bu il isə 3 328 arı ailəsi qeydə alınıb.