AQRO

19 Dekabr

Pambıq ixracı Azərbaycana 203 milyon dollardan çox gəlir gətirib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 203 milyon 23,14 min ABŞ dolları dəyərində 126 min 150,86 ton pambıq ixrac edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 milyon 147,6 min ABŞ dolları (34,5%), həcmi isə 50 min 941,05 ton (67,7%) artıb.

Pambıq ixracı ölkənin ümumi ixracının 0,83%-ni təşkil edib.

Bu ilin ilk 11 ayında Azərbaycana 9 milyon 69,62 min ABŞ dolları dəyərində pambıq idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 944,84 min ABŞ dolları (27,3%) çoxdur.

Pambıq idxalı ölkənin ümumi idxalının 0,05%-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan 169 milyon 965,99 dollarlıq 113 min 980,51 ton pambıq lifi və 26 milyon 991,45 min dollarlıq 10 min 918,25 ton pambıq iplik ixrac edib.

Fuad Mədətov
Fins.az