AQRO

12 Dekabr

Azərbaycanda bu fermerlərə veriləcək əkin subsidiyasının məbləği məlum olub

İntensiv ərik və şaftalı bağlarına görə subsidiya dəstəyi davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Fins.az-a verilən məlumata görə, 2024-cü ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi zonalarına daxil rayonlarda salınacaq intensiv ərik bağlarının hər hektarına görə fermerlərə 4000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

Qeyd olunub ki, subsidiyanın verilməsi fermerlərin həmin bağlara görə çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması məqsədi daşıyır.

Bildirilib ki, bu subsidiya ən azı 3 hektar sahədə salınmış, hər hektarda minimum 650 ting əkilmiş, damcı suvarma sistemi ilə təmin olunmuş şaftalı (nektarin) bağlarına şamil edilir.

Qeyd edək ki, payızlıq əkinlərin bəyan müddəti 2024-cü il, dekabrın 30-da başa çatır. Bu tarixədək əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.

Fuad Mədətov
Fins.az