AQRO

10 Dekabr

Azərbaycanın qurudulmuş meyvə ixracı 37,8% artıb

Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyindən Fins.az-a verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 1,597.3 ton qurudulmuş meyvə ixrac olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz çoxdur.

11 ay ərzində qurudulmuş meyvə ixracından əldə olunan olunan vəsait 5,137.2 min dollara çatıb. Xarici bazarlara qurudulmuş meyvə ixracından əldə olunan vəsaitini miqdarı ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 17 faiz artıb.

Fuad Mədətov
Fins.az