AQRO

10 Dekabr

Cəlilabadda 62,500 hektar sahə şumlanıb

Cəlilabad rayonunda əkin sahələrinin şumlanması işləri davam etdirilir.

Fins.az xəbər verir ki, bu barədə Cəlilabad rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu günə qədər Cəlilabad rayonunda 62 500 hektar sahə şumlanıb.

Həmçinin 25 300 hektar sahəyə buğda, 6 000 hektar sahəyə arpa və 2 500 hektar sahəyə vələmir toxumu səpilib.

Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 56 725 hektar sahədə buğda, 9 650 hektar sahədə arpa və 3 160 hektar sahədə vələmir becərilib.