AQRO

10 Dekabr

Göygöldə ət və süd istehsalı artıb

Göygöl rayonunda ət və süd istehsalında artım müşahidə olunub.

Fins.az xəbər verir ki, bu barədə Göygöl rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, 2024-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 2 674 ton ət və 19 697 ton süd istehsal edilib.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalında 0,6 faiz, süd istehsalında isə 1,2 faiz artım qeydə alınıb.

Fuad Mədətov
Fins.az