AQRO

05 Dekabr

İmişlidə 43 min hektara yaxın əkin sahəsi istifadə edilib

Fins.az xəbər verir ki, İmişli rayonunda cari əkin mövsümündə ümumilikdə 42 922,1 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib.

Əkin sahələrinin bölüşdürülməsi:

  • Dənli və dənli paxlalı bitkilər: 16 664,3 hektar
  • Kartof: 77,7 hektar
  • Tərəvəz: 138,1 hektar
  • Bostan bitkiləri: 324,6 hektar
  • Şəkər çuğunduru: 214,7 hektar
  • Pambıq: 7 033,7 hektar
  • Yemlik bitkilər: 18 469 hektar

Rayonda bu günə qədər 15 718 hektar sahədə şum işləri tamamlanıb və 4 137 hektarda payızlıq buğda, 5 713 hektarda isə payızlıq arpa səpilib. Ümumilikdə 18 000 hektar sahədə dənli bitkilərin payız əkini nəzərdə tutulur.