Biləsuvar rayonunda tərəvəz bitkilərinin məhsulunun yığımı yekunlaşıb.
Fins.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon Aqrar İnkişaf Mərkəzindən bildirlib.
Məlumata görə, bu il məhsul yığımı ötən illə müqayisədə yüksək olub. Belə ki, 2023-cü ildə 1 404,3 hektar sahədə tərəvəz bitkiləri əkilib və nəticədə 44 055 ton məhsul toplanıb.
2024-cü ildə isə əkin sahələrinin ərazisi genişləndirilərək 1 434,5 hektara çatdırılıb və fermerlər sahələrdən 49 858 ton məhsul əldə ediblər.
Bu il rayon ərazisində əsasən pomidor, xiyar, soğan, badımcan, bibər və yaşıl noxud kimi tərəvəz bitkiləri becərilib.
Fuad Mədətov
Fins.az