AQRO

27 Noyabr

Azərbaycanda bostan məhsullarının istehsalı 11% artıb

Fins.az xəbər verir ki, Azərbaycanda bostan məhsullarının istehsalı 11% artıb:

  • Bu ilin yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 490 min ton bostan məhsulu istehsal olunub.
  • Təsərrüfatlarda yetişdirilən bostan məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8% çoxdur.
  • Azərbaycanda bostan məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır.
  • Aqrar Subsidiya Şurasının qərarına görə, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilən bostan məhsullarına görə fermerlərə hər hektara 280 manat əkin subsidiyası veriləcək.
  • Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə bostan bitkiləri becərən fermerlər isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya alacaqlar.

Zemfira Ms
Fins.az