Fins.az - Fransada fermerlər xarici rəqabət səbəbindən kənd təsərrüfatı böhranı yaşanmasına etiraz olaraq bütün ölkə üzrə aksiyalar keçiriblər. Bu barədə Reuters məlumat yayıb.
Fransadakı əhval-ruhiyyə yağışlardan sonra daha da pisləşib, çünki bu, məhsulların məhv olmasına səbəb olub və heyvandarlıq arasında xəstəliklərin yayılması baş verib. Fermerlər həmçinin ucuz idxal, ağır qanunlar və aşağı gəlirlərlə qarşı-qarşıyadırlar. Kənd təsərrüfatı istehsalçıları, Braziliya və Argentinadan gələn mal əti, toyuq əti, şəkər və qarğıdalı idxalına qarşı çıxırlar. Onlar bildirirlər ki, bu ölkələrdə kənd təsərrüfatı məhsullarını işləyərkən pestisidlər və heyvanların böyüməsi üçün antibiotiklərdən istifadə edilir ki, bu da Avropada qadağan edilib.