AQRO

16 Noyabr

Armud bağlarına dövlət dəstəyi: Hər hektara 8000 manat

Fins.az, Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata istinadən xəbər verir ki, yeni salınacaq intensiv armud bağlarına görə fermerlərə hər hektara 8000 manat dövlət dəstəyi veriləcək.

  • Azərbaycanda intensiv meyvə bağlarının salınmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.
  • Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağlarının hər hektarına görə, fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.
  • Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur.
  • Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir.
  • Qeyd olunan tarixlərdə salınan, lakin quxarıdakı tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.
  • 2021-ci il sentyabrın 1-dən əvvəl salınmış armud bağlarının hər hektarına görə 310 manat subsidiya ayrılacaq.
  • Qeyd edək ki, intensiv bağlarının sahəsi artdıqca, xarici bazarlara meyəv ixracında da artım qeydə alınır.
  • Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 48 milyon dollar dəyərində 75,156 ton alma, armud və heyva ixrac olunub.
     

Zemfira Ms
Fins.az