AQRO

08 Noyabr

Ərzaq qiymətləri yenidən artdı: Dünya bazarında 18 aylıq maksimum

Fins.az - Oktyabr ayında dünya ərzaq qiymətləri son 18 ayın ən yüksək səviyyəsinə çatıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) indeksinə görə, keçən ay ərzaq qiymətləri 2% artaraq 127,4 bəndə yüksəlib. Əsasən bitki yağlarının qiymətindəki 7%-lik artım ümumi artıma səbəb olub. FAO-nun məlumatına görə, şəkər və taxıl qiymətlərində də artım müşahidə olunub, lakin ət məhsullarının qiymətləri 0,3% azalıb. FAO 2024-cü il üçün qlobal taxıl istehsalı proqnozunu bir qədər aşağı salıb.