Cəlilabad rayonunda şəkər çuğundurunun yığımına start verilib.
Fins.az xəbər verir ki, bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Məlumata görə, bu il rayonda 148 hektar sahədə şəkər çuğunduru əkilib və indiyədək sahələrdən 2 min ton məhsul toplanıb. Orta məhsuldarlığın hər hektar üçün 24-25 ton səviyyəsində olması gözlənilir.
Qeyd olunub ki, ötən il rayonda cəmi 3 hektar sahədə şəkər çuğunduru əkilmişdi. Fermerlər bildiriblər ki, quraqlıq səbəbindən hava şəraiti məhsula mənfi təsir göstərib və gəmiricilər məhsula ziyan vurub. Bu səbəblərdən məhsul yığımı digər rayonlarla müqayisədə gecikib və ümumi məhsuldarlıq azalıb.
Fuad Mədətov
Fins.az