İmişli rayonunda xurmanın yığım mövsümü başlayıb.
Fins.az xəbər verir ki, fermerlərin sözlərinə görə, bu il məhsul bol olub və hər ağacdan təxminən 40 kq məhsul yığılır.
Lakin xurmanın satış qiyməti fermerləri narahat edir. Onlar qeyd edirlər ki, əvvəlki illərdə məhsulu 1 manata satdıqları halda, bu il qiymətlər 30 qəpiyə qədər enib. Bu səbəbdən, fermerlər məhsullarının məhv olmasının qarşısını almaq üçün məcbur qalıb xurmanı aşağı qiymətə satırlar.