İqlim dəyişikliyi, kənd icmalarında əkin-biçin, heyvandarlıq və digər fəaliyyət növləri üçün ciddi risklər yaradır.
Bunu Fins.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Bu problemlərin dərinliyini ortaya qoyduğunu deyən E.Bayramlı, kənd icmalarında baş verən təbii fəlakətlərin artdığını və bunun nəticəsində su böhranının yarandığını bildirib:
“Kəndlərdə əkin-biçin, heyvandarlıq və sair fəaliyyət növləri hazırda riskli hala gəlib. Təbii fəlakətlər artıb, su böhranı çalıb, quraqlıq çoxalıb. Bu, kənd icmalarının iqlim dəyişikliyinin təsirlərindən nə qədər zərər çəkdiyini göstərir. Təbii fəlakətlər, kənd təsərrüfatının dayanıqlığını azaldır və kəndlilərin maliyyə vəziyyətini çətinləşdirir”.
E.Bayramlı vurğulayıb ki, icbari sığortanın kənd icmalarında vacibdir:
“Bununla bağlı icbari sığorta məsələsi vacibdir. Dövlətlər bunun üstünə düşməlidir. Bu, kənd icmalarının təhlükəsizliklərinin artırılması üçün mütləqdir. İcbari sığorta, kənd təsərrüfatı fəaliyyətlərinin risklərini minimuma endirmək məqsədini güdür. Lakin, bəzi dövlətlərin zorla sığorta tətbiq edirlər. Bu məsələnin Azərbaycanda yetərincə yerinə yetirilmir. Bəzi dövlətlərdə buna məcbur edirlər, amma bizdə yox kimi bir şeydir”.
Sosioloq onu da qeyd edib ki, kənd yerlərində yaşayanlar, iqlim dəyişikliyinin təsirlərindən daha çox zərər çəkirlər:
“Kənd yerlərində yaşayanlar, kənd icmaları iqlim dəyişikliyindən daha çox zərər çəkirlər, müflis olurlar, təsərrüfatlarını itirirlər, torpağın gücünü itirirlər. Təbii fəlakətlər, kənd icmalarının sosial-iqtisadi durumunu ciddi şəkildə pisləşdirir”.
Əkinlərin və toxumların çoxalmasının torpağın gücünü azaltdığını və asılı vəziyyətə gətirdiyini qeyd edən E.Bayramlı söyləyib ki, kəndlilər, hər toxumu almalı və buna xidmət etmək üçün əlavə xərclərə qatlanmalıdırlar:
“Bu proses kənd icmalarının adaptasiya prosesini çətinləşdirir. Kəndlilər hər toxum almalıdır, ona servisi var, xidmət dərmanlama və sair problemlər çoxdur. Ona görə bunların adaptasiyası çətindir”.
İqlim dəyişikliyi, kənd icmalarını ciddi şəkildə təsir edir və bu təsirlərlə mübarizədə dövlətlərin dəstəyi vacibdir. E.Bayramlı, dövlətlərin xüsusi proqramlar həyata keçirməsi və regionlar üzrə aqrar inkişafın təmin edilməsi zərurətini vurğulayıb:
“Dövlətlər xüsusi proqramlar həyata keçirməlidir, sığortalanmaqdan tutmuş su təminatı və sair məsələlər elmi yanaşma qoyularaq regionlar üzrə aqrar inkişafına nail olunmalıdır”.
Fuad Mədətov
Fins.az