AQRO

14 Oktyabr

Zeytun bağlarının hər hektarına görə fermerlərə 5600 manat əkin subsidiyası ödəniləcək

Azərbaycanda zeytun bağlarının salınması üçün dövlət tərəfindən stimullaşdırıcı dəstək tədbirləri görülür.

Fins.az, Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu ilin 31 dekabr tarixinədək salınacaq intensiv zeytun bağlarının hər hektarına görə fermerlərə 5600 manat əkin subsidiyası ödəniləcək.

İntensiv zeytun bağı dedikdə damcı suvarma sistemi ilə təmin olunan, bir hektarda minimum 330 ədəd ting əkilən zeytun bağları nəzərdə tutulur.

Zemfira Ms
Fins.az