2024-cü il Avropa İttifaqı üçün taxıl istehsalı baxımından çətin bir mövsüm oldu.
Fins.az xəbər verir ki,əkin sahəsi keçən ildən 0,7 milyon hektar azalaraq 49,6 milyon hektara düşüb, bu əsrdə ən kiçik səviyyələrdən biridir. Şiddətli yağışlar və quraqlıqlar, xüsusilə Fransa, Almaniya və Baltikyanı ölkələrdə məhsuldarlığı mənfi təsir etdi.
Avropa Komissiyasının proqnozlarına görə, bu mövsüm Avropa İttifaqında ümumi taxıl istehsalı 260,9 milyon ton olacaq, bu isə keçən il ilə müqayisədə 3,3% azdır. Xüsusilə Fransa buğdayı keyfiyyət baxımından çətinliklərlə üzləşib və ixracatın 60%-dən çox azalması gözlənilir.
Gələcəkdə, kənd təsərrüfatı sahəsindəki problemlərin həllinə yönəlmiş tədbirlərin artacağı ehtimal olunur. Ancaq bu ilki təcrübə, Avropa fermerləri üçün zəif mövsümün yaşandığını göstərir.