AQRO

03 Oktyabr

Kənd təsərrüfatının qlobal istiləik effekti qazlarına təsiri

ADA Universitetində keçirilən beynəlxalq simpoziumda Azərbaycan Energetika Nazirinin müavini və COP29 icraçı direktoru Elşad Sultanov kənd təsərrüfatının istilik effekti qazlarının yayılmasındakı rolunu vurğulayıb. Sultanov, kənd təsərrüfatının enerji sektorundan sonra istilik effekti qazlarının ikinci ən böyük mənbəyi olduğunu qeyd edib.

Fins.az xəbər verir ki, Elşad Sultanov, meşələrin və torpağın istilik effekti qazlarını udduğunu və bu ərazilərin vacibliyini vurğulayıb. Kənd təsərrüfatı biliklərinin artmasının, qazların azaldılması baxımından önəmli olduğunu söyləyib. Eyni zamanda, xüsusən inkişaf etməkdə olan ölkələrdə fermerlərin zəif mövqelərinin qorunmasının vacibliyini əlavə edib.

Simpoziumda, Macarıstan, İtaliya və Qazaxıstan səfirliklərinin də iştirakı ilə iqlim dəyişikliyinin təsirləri və kənd təsərrüfatında davamlılıq mövzuları müzakirə olunub.